Ünvanlı sosial yardım üçün 208 milyon manat ayrılacaq
Tarix: 16-11-2021 11:55 | Bölmə: İqtisadiyyat
Ünvanlı sosial yardım üçün 208 milyon manat ayrılacaq

2022-ci ildə aztəminatlı ailələrə ayrılacaq ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulub.

Reyting.az
-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifovun sözlərinə görə, gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait ayrılacaq.

Əhalinin mənzilə olan tələbatını qarşılaşmaq üçün ipotekaya ayrılan vəsaitin isə cari illə müqayisədə 34 faiz artırılması nəzərdə tutulur.

Nazir diqqətə çatdırıb ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq: “Növbəti ilin dövlət büdcəsidə hesabına kadr hazırlığının maliyyələşdirilməsində güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər