Belarus Polşaya neft tranzitini məhdudlaşdırıb
Tarix: 17-11-2021 14:26 | Bölmə: İqtisadiyyat
Belarus Polşaya neft tranzitini məhdudlaşdırıb

Belarusun dövlət müəssisəsi “Qomeltransneft” “Drujba" (Dostluq) kəməri üzrə Polşaya neft verilişini müvəqqəti olaraq məhdudlaşdırıb.

Bunu Rusiyanın “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Dyomin deyib.

Onun sözlərinə görə, dünəndən etibarən “Qomeltransneft” “Drujba" mağistral neft kəmərinin xətlərindən birində növbədənkənar təmir işlərinə başlayıb. Bununla əlaqədar olaraq Polşa istiqamətində neftin verilişi təxminən üç sutkalıq məhdudlaşdırılıb.

“Drujba" 1960-cı ildə tikilib. Neft kəməri Rusiyanın Volqo-Ural neft-qaz bölgəsini Belarusun Mozır şəhəri ilə bağlayır. Oradan neft iki istiqamətdə - şimalla Polşa, Almaniya, Latviya və Litvaya, cənubla Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyaya verilir.

Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko, Avropa İttifaqını Avropaya “Yamal-Avropa” transmilli qaz kəməri ilə “mavi yanacaq” tanzitini dayandırmaqla hədələyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər