“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik olunub
Tarix: 17-11-2021 14:35 | Bölmə: İqtisadiyyat
“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik olunub

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi - cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər