Yaşayış minimumu ilə ehtiyac meyarının həddi qaldırılıb
Tarix: 17-11-2021 15:14 | Bölmə: İqtisadiyyat
Yaşayış minimumu ilə ehtiyac meyarının həddi qaldırılıb

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat, ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilib.

Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Xatırladaq ki, 2021-ci ildə yaşayış minimumu 196 manat, ehtiyac meyarının həddi isə 170 manat olub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər