“Dövlət rüsumu haqqında” qanuna daha bir dəyişiklik olunub
Tarix: 17-11-2021 16:08 | Bölmə: İqtisadiyyat
“Dövlət rüsumu haqqında” qanuna daha bir dəyişiklik olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır.

Belə ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.
Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatda 3 manata dəyişdirilir.

Eyni zamanda dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır. Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, etkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər