Deputatların sığortalanması ilə bağlı layihə qəbul edilib
Tarix: 17-11-2021 17:26 | Bölmə: İqtisadiyyat
Deputatların sığortalanması ilə bağlı layihə qəbul edilib

Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydası müəyyənləşib.

Reyting.az
xəbər verir ki, yeni layihyə əsasən, dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan nəzarət edir.

Deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Layihədə həmçinin dövlət icbari şəxsi sığortanın prinsipləri və aparılması qaydası, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının ödənilməsi, həmçinin artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət məsələləri öz əksini tapıb.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər