Ərzaq məhsullarının qiyməti yenidən artacaq
Tarix: 19-11-2021 11:21 | Bölmə: İqtisadiyyat
Ərzaq məhsullarının qiyməti yenidən artacaq

Atmosferə zərərli maddələrin buraxılmasına nəzarəti gücləndirən Çində limon turşusu istehsalının azalması Rusiyada ərzağın və qazlı işkilərin 10-15 faiz bahalaşmasına gətirib çıxara bilər.

“Российская газета”nın dərc etdiyi məqalədə qeyd olunur ki, ölkədə limon turşusu istehsal olunmur, bu məhsul Çindən idxal edilir. Hazırda ÇXR-də ətraf mühitə və atmosferə zərər verən istehsal sahələrinin aktiv şəkildə ixtisarı baş verir. Bu sırada bəzi inqrediyentlərin, o cümlədən, limon turşusunun da istehsalı kəskin aşağı düşüb. Son üç həftə ərzində ən çox bahalaşan da məhz bu məhsuldur. Ondan Rusiyanın qida sənayesində geniş istifadə olunur. “Oktyabrın əvvəllərindən etibarən limon turşusu 20-25 faiz bahalaşıb və bu ənənə saxlanılır”, - deyə, Sənayeçilərin və Sahibkarların Rusiya-Asiya Birliyinin (SSRAB) sədri Vitaliy Mankeviç vurğulayıb.



Yaranmış vəziyyətın həm Çindəki enerji böhranı, həm də konteyner çatışmazlığı və çatdırılma müddətinin uzadılması ilə bağlı olduğunu önə çəkən cənab Mankeviç onu da açıqlayır ki, bazarın nəhəng oyunçuları hələ 2-3 ay əvvəldən öz ehtiyatlarını yaradıblar, bu səbəbdən də qıtlıq əmələ gəlib.

“The Times”ın ekspertlərinin proqnozlarına görə, limon turşusu problemi 2022-ci ildə də öz aktuallığını saxlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər