Nazirlik 6 milyonluq kompüterlərlə bağlı keçirilən tender barədə açıqlama yayıb
Tarix: 22-11-2021 17:40 | Bölmə: İqtisadiyyat
Nazirlik 6 milyonluq kompüterlərlə bağlı keçirilən tender barədə açıqlama yayıb

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblilər üçün noutbukların alınması zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı iddialara cavab verib.

Reyting.az
xəbər verir ki, məlumatda nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin noutbuklarla təmin olunması məqsədi ilə noutbukların satınalınması üzrə tender elan edildiyi bildirilib.

Vurğulanıb ki, tender nəticəsində qalib gələn “İnfinitech” MMC ilə noyabrın 19-da 6 874 ədəd noutbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər