Ən böyük enerji şirkətlərindən biri müflis olub
Tarix: 22-11-2021 18:54 | Bölmə: İqtisadiyyat
Ən böyük enerji şirkətlərindən biri müflis olub

Böyük Britaniyanın ən nəhəng enerji şirkətlərindən biri sayılan “Bulb” dünya bazarında qazın qiymətinin qalxması səbəbindən müflis olduğunu elan edib.

Reyting.az
xəbər verir ki, şirkətin müflisləşmə ilə bağlı bəyanatında deyilir:

“Biz maliyyələşmə ilə bağlı müxtəlif variantları nəzərdən keçirdik və bir sıra sərmayədarlardan biznesimizi dəstəkləmək barədə təkliflər aldıq. Buna baxmayaraq həm Böyük Britaniyada, həm də bütün dünyada müşahidə edilən enerji böhranı sərmayədarların narahatlığına səbəb oldu. Onlar enerji resurlarının topdansatış qiymətlərinin hələlik belə yüksək olmasına görə hərəkət edə bilmirlər. Hazırki qiymət həddi isə o deməkdir ki, şirktlər enerjini xeyli ziyana düşməklə ünvanlara çatdırırlar”.

Britaniyada məhz qazın bahalaşması səbəbindən ilin əvvəlindən bu günədək 25 enerji şirkəti müflis olub.

Qeyd edək ki, bir qədər əvvəl Britaniya KİV-ləri hökumətin “Bulb” şirkətinin müflisləşəcəyi təqdirdə fövqəladə fəaliyyət planını hazırladığını bildirmişdi. Ölkənin ən böyük qaz tədarükçüsündən biri sayılan “Bulb” 1,7 milyon insana xidmət göstərirdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər