Daha 9 obyektdə qayda pozuntuları aşkarlanıb
Tarix: 23-11-2021 17:50 | Bölmə: İqtisadiyyat
Daha 9 obyektdə qayda pozuntuları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 390 ictimai iaşə obyektində 687 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məluamta görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Rəcəbli küç., ev 38A ünvanında yerləşən, fiizki şəxs Aslanov Rafiq Zabit oğluna məxsus “Şəki” restoranı;

2. Bakı şəhəri, Səbail‎ rayonu, Rəfibəyli küç., ev 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” MMC-yə məxsus “Mado” kafesi;

3. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Füzuli küçəsi 720 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus “Cafe City” kafesi”

4. Bakı şəhəri, Səbail‎ rayonu, Nizami küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs "City Service Company" MMC-yə məxsus “Food Station” restoranı;

5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, məh. 40 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Hüsən Məmməd oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov‎ rayonu, Xoyski pr., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt Gənclik Mall” restoranı;

7. Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən, fiziki şəxs Əskərova Səbirə Ağaşirin qızına məxsus “Fazenda” restoranı;

8. Quba rayonu, Vladimirovka kəndində yerləşən, fiziki şəxs Fətullayev Zahid Nəzərşah oğluna məxsus “Fayton” kafesi;

9. Quba rayonu, İkinci Nügədi kəndində yerləşən, hüquqi şəxs "Saf Catering Macara" MMC-yə məxsus restoran.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər