QSC-nin 57 milyon manatdan çox borcu silinib
Tarix: 26-11-2021 15:31 | Bölmə: İqtisadiyyat
QSC-nin 57 milyon manatdan çox borcu silinib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 1989-2014-cü maliyyə illərinə aid, bu il yanvarın 1-nə 57 milyon 630 min 486 manat təşkil edən ümidsiz borcu silinib.

Reyting.az
bildirir ki, bu barədə “Report”a hökumətdəki mənbə məlumat verib.

Məlumata görə, həmin borc 25 il ərzində malların təqdim edilməsi və müəyyən işlərin görülməsi ilə əlaqədar yaranıb, indiyə qədər ödənilməyib.

Borcların silinməsi ilə bağlı ADY-yə və İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 62 min manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər