2022-ci ilin əvvəlində neftin qiyməti artacaq - Proqnoz
Tarix: 29-11-2021 11:44 | Bölmə: İqtisadiyyat
2022-ci ilin əvvəlində neftin qiyməti artacaq

Beynəlxalq ekspertlər təzə ilin ilk aylarında birjada “Brent” markalı neftin bahalaşaraq, bir barrelinin 75,18 dollara satılacağını proqnozlaşdırırlar.

“TASS”-ın sahənin ekspertlərinə istinadla verdiyi məlumata görə, 2022-ci ilin yanvarında Londonun ICE birjasında “Brent” markalı fyüçers neftinin dəyəri 5,01 faiz artaraq, bir barreli 75,18 dollara satılacaq. Həmin dövr üçün WTI markalı neftin dəyərində 5,62 faiz artım gözlənilir ki, bu da bir barrelin qiymətinin 71,98 dollara yüksələcəyi deməkdir.

Reyting.az oxucularının nəzərinə onu da çatdırır ki, bir qədər əvvəl Afrikanın cənubundakı bəzi ölkələrdə aşkar edilmiş COVİD-19-un yeni ştammının Avropada da qeydə alınması fonunda dünya bazarında neftin qiyməti aşağı düşmüşdü.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər