Dövlət sahibkara necə dəstək verəcək? - Prezident yeni qaydaları təsdiqləyib
Tarix: 01-12-2021 16:55 | Bölmə: İqtisadiyyat
Dövlət sahibkara necə dəstək verəcək? - Prezident yeni qaydaları təsdiqləyib

Prezident İlham Əliyevin bu gün təqdiqlədiyi “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”na əsasən, dövlət Azərbaycanda ilk dəfə istehsal olunan məhsulların satışına dəstək verəcək.

Reyting.az
xəbər verir ki, bundan başqa, satışına dəstək verilən məhsulun idxalı əvəzləmək potensialı olmalı, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməli, istehsalçı sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsi olmamalıdır.

Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirləri aşağıdakı sahibkarlara şamil edilmir:

- müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanılmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;

- dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;

- nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);

- sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;

- hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

- əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər