"Elektron imza" üzrə yeni məhsul yaradılıb
Tarix: 02-12-2021 12:53 | Bölmə: İqtisadiyyat
"Elektron imza" üzrə yeni məhsul yaradılıb

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin tərəfdaşlarından olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron imza" üzrə yeni məhsul yaradıb.

Reyting.az
xəbər evrir ki, "SİMA" adlı məhsul üztanıma, “açıq açar” texnologiyalarını özündə birləşdirir, biometriyaya əsaslanır və istifadəçilərə, eləcə də xidmət təklif edən qurumlara bir sıra üstünlüklər qazandırır.

Yeni məhsulla bağlı məlumatlandırma, o cümlədən əməkdaşlıq üçün təkliflərin verilməsi, müzakirələrin təşkil olunması məqsədilə bankların rəqəmsal həllər üzrə nümayəndələri üçün görüş keçirilib. Görüşdə, həmçinin mövcud və potensial tərəfdaş qurumların sistemlərinə yeni nəsil electron imzanın inteqrasiya məsələləri də müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər