DSMF-nin gələn il üzrə büdcəsi qəbul olunub
Tarix: 03-12-2021 11:12 | Bölmə: İqtisadiyyat
DSMF-nin gələn il üzrə büdcəsi qəbul olunub

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Reyting.az
-ın xəbərinə görə, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Layihə müzakirə olunmadan III oxunuşda qəbul olunub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər