İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul olunub
Tarix: 03-12-2021 12:14 | Bölmə: İqtisadiyyat
İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul olunub

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər