14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Elif Şafakın kitabı İranda qadağan edilib
Tarix: 17-09-2019 16:44 | Bölmə: Xəbərlər
Elif Şafakın kitabı İranda qadağan edilib

Elif Şafakın İranda nəşr olunmuş "On dəqiqə otuz səkkiz saniyə" kitabının satışına qadağa qoyulub.

Reyting.az
“Mehr” agentliyinə istinadla xəbər verir ki, Tehran Naşirlər və kitab mağazaları Dərnəyindən edilən şərhdə, kitabın nəşrinə və yayılmasına icazə verilmədiyi bildirilib.

"On dəqiqə otuz səkkiz saniyə" romanı İran tərcüməçisi Əli Selami tərəfindən fars dilinə tərcümə edilib.

Elif Şafak 2009-cu ildə nəşr olunan “Eşq” romanı ilə Türkiyə ədəbiyyatı tarixində ən çox satılan ədəbi əsərin müəllifi olub. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və “Forbes” jurnalına görə, Türkiyənin ən çox qazanan müəllifidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}