17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Deputat həyətyanı sahə satır - 1,4 milyon manata - Fotolar
Tarix: 06-11-2019 14:24 | Bölmə: Xəbərlər
Deputat həyətyanı sahə satır - 1,4 milyon manata

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev “Gənclik” metrostansiyası yaxınlığında, "Milyonerlər məhəlləsi" adlandırılan ərazidə 5 sot torpaq sahəsini satışa çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist yazır ki, S. Hacıyev satdığı torpaq sahəsinə 1,4 milyon manat qiymət qoyub. Ərazi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub.

Sabir Hacıyevin oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan “Təcili” qrifi ilə yerləşdirilib.

Deputat həyətyanı sahə satır - 1,4 milyon manata
Deputat həyətyanı sahə satır - 1,4 milyon manata




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}