Təhsil Nazirliyindən yayılan sənədə reaksiya: "Yalandır"
Tarix: 24-03-2020 20:00 | Bölmə: Xəbərlər
Təhsil Nazirliyindən yayılan sənədə reaksiya: "Yalandır"

Təhsil Nazirliyi Baş nazir Əli Əsədovun 24 mart tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli və təhsil qaydaları” qərarı kimi paylaşılan məlumata aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı qruplarda yayılan və guya ki, həmin qərara istinad olunan məlumatlar yanlışdır: “Belə sənəd ümumiyyətlə, yoxdur. Rəsmi mənbəyə istinad edin”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatda bildirilir ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunsun. Eyni zamanda bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində tələbələrə maksimum dərəcədə güzəşt olunsun və həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilsin. “Təqaüdlərin verilməsi” prosesinin əvvəlki semestrin nəticələrinə uyğun olaraq davamlılığı təmin edilsin. Bildirilib ki, bu qərar dərc edildiyi gündən 30 gün sonraya qüvvəyə minir/APA.

Təhsil Nazirliyindən yayılan sənədə reaksiya: "Yalandır"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}