Nişan mərasimi etmək istəyənlər saxlanılıb
Tarix: 04-07-2020 10:16 | Bölmə: Xəbərlər
Nişan mərasimi etmək istəyənlər saxlanılıb

Qazax rayonunda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçiriliməsi barədə məlumat daxil olub. RPŞ əməkdaşları dərhal adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılıraq polis şöbəsinə gətiriliblər.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

15 nəfər məclis iştirakçısı barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə tətbiq edilib. Restoran sahibi T. Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Nişan mərasimi etmək istəyənlər saxlanılıb
Nişan mərasimi etmək istəyənlər saxlanılıb
Nişan mərasimi etmək istəyənlər saxlanılıb
Nişan mərasimi etmək istəyənlər saxlanılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}