Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub
Tarix: 07-07-2020 18:31 | Bölmə: Xəbərlər
Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub
Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

M
əlumata görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov APA-ya açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb.

O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib: “Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}