21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

19:51 / 17-10-2025

Bütün mübarizələrin önündə... - İsmayılbəyli yazır
Tarix: 27-10-2020 16:44 | Bölmə: Xəbərlər

Növbəti erməni təxribatı və bu təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının 1 ayı tamam olur. Ötən 1 ay müddətində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz azad olunub, düşmən bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib.
Son 1 ay ərzində yaşadıqlarımız, xalq olaraq aldığımız xoş xəbərlər və uzun illər ərzində işğal altında olan ərazilərimizin azad edilməsi müjdəsi bizi nə qədər sevindirsə də, Azərbaycanın haqq işi uğrunda başladığı mübarizəyə mane olmağa çalışanların, bunun üçün ölkəmizə təzyiq göstərmək istəyində olanların davranışları, ortaya qoyduqları ədalətsiz, qərəzli münasibət də bizi o qədər məyus edib, hətta qəzəbləndirib, hiddətləndirib.
Ötən 1 ay müddətində müşahidə etdiklərimiz, qarşılaşdığımız proseslər bir reallığı da ortaya qoydu ki, etiraf etsək də, etməsək də, hələ də bir sıra sahələrdə çatışmamazlıqlarımız var. Həm də bu çatışmamazlıqlarda bizim, vətəndaş olaraq əksəriyyətimizin günahı var. Əgər bu gün beynəlxalq aləmdə, xarici kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycana qarşı qərəzli münasibət varsa və bu qərəz, ədalətsizlik hər addımda özünü büruzə verir, hətta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə müsahibələr zamanı belə xarici media təmsilçilərinin mövqeyindən açıq-aydın sezilirsə, deməli, belə bir mənzərənin mövcud olmasında biz media təmsilçiləri də müəyyən mənada günahkardır. Yaxud Avropanın, Qərbin, eləcə də digər ölkələrin siyasi təsisatları, partiya və digər bu tipli təşkilatlarında Azərbaycana qarşı münasibət istədiyimiz səviyyədə deyilsə, buna görə ölkədə fəaliyyət göstərən siyasi partiyaları qınamaq yerinə düşər. Eyni fikri qeyri-hökumət təşkilatları barədə də söyləmək mümkündür. Məhz adlarını çəkdiyim təşkilat və qurumların, KİV-lərin yetərli fəaliyyət göstərməməsinin nəticəsidir ki, Azərbaycana qarşı bəzi məqamlarda mənfi münasibət, qərəzli yanaşma özünü büruzə verir. Bütün bu mənfi elementlərə, problemlərə qarşı dayanan, əzmlə mübarizə aparan və onları zərərsizləşdirən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bu gün cənab Prezident Ali Baş Komandan kimi döyüş meydanında gedən uğurlu əks-hücum əməliyyatlarına rəhbərlik etdiyi və yeni zəfərlərə imza atdığı kimi, informasiya cəbhəsində də fəal mübarizə aparır, Azərbaycana qarşı bəzi xarici KİV-lərdə özünü büruzə verən mənfi elementləri zərərsizləşdirə bilir. Eyni zamanda dövlət başçısı Qərbdəki, Avropadakı bəzi siyasi təsisatların ölkəmizə təzyiqlərini neytrallaşdıra, haqlı mövqeyimizi dünyaya çatdıra bilir. Ancaq bütün bunları müşahidə edərkən haqlı olaraq ortaya belə bir sual çıxır? Nə üçün bütün istiqamətlərdə apardığımız mübarizədə əsas yük cənab Prezidentin üzərinə düşməlidir? Nə üçün istər siyasi, istər media, istərsə də digər istiqamətlərdə Azərbaycana yönəlik təzyiqləri, qərəzli münasibəti yalnız dövlət başçısı zərərsizləşdirməlidir? O zaman ölkədəki siyasi təsisatların, QHT-lərin, bəzi deputatların, eləcə də KİV-lərin fəaliyyəti, işi nədən ibarətdir? Axı ölkədə adlarını çəkdiyimiz təşkilat və qurumlara, KİV-lərə kifayət qədər dövlət qayğısı var. Son illərdə qeyd etdiyimiz istiqamətlərdə müsbət tendensiya daha çox özünü büruzə verir. Məsələn, götürək siyasi partiya və ictimai birliklərlə işi və bu sahəyə göstərilən dövlət qayğısını. Heç kimə sirr deyil ki, 2016-cı il referendumundan sonra Azərbaycanda yeni bir siyasi mərhələ başlayıb və bu mərhələdə dövlət, hakimiyyətlə siyasi partiyalar, ictimai birliklər arasında sıx əməkdaşlıq elementləri özünü göstərir. Hakimiyyət siyasi partiyaların uzun illər yığılıb qalan problemlərini həll edir, bir çox partiyaların dövlət qeydiyyatı problemini müsbət mənada həllini tapır. Müntəzəm olaraq Prezident Administrasiyasında yaradılmış müvafiq şöbənin rəhbəri siyasi partiya rəhbərləri ilə görüşüb onların qayğıları ilə maraqlanır. Yəni ölkədə yeni bir siyasi proses başlayıb. Düzdür, siyasi partiyalar da öz növbəsində hakimiyyətin əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlara bəzi hallarda adekvat reaksiya verir. Elə cəbhədə əks-hücum əməliyyatları başlayan ərəfədə ölkədə fəaliyyət göstərən 50-dən artıq siyasi partiyanın birgə bəyanat imzalayaraq Ali Baş Komandanın, dövlət başçısı və dövlətin yanında olmasını bildirməsi bunun əyani sübutudur. Ancaq onu da etiraf etmək lazımdır ki, yalnız quru bəyanatlar, KİV-lərdə mövqe bildirmək və s. fəaliyyətlərlə hakimiyyətin əməkdaşlıq jestinə adekvat münasibət sərgiləmək kifayət etmir. Bəlkə yanılıram, indiyə qədər hansısa siyasi partiya rəhbəri beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi tərəfdaşı ilə Azərbaycanın problemini müzakirə edib, erməni təcavüzü barədə ona məlumat veribmi? Yaxud mövcud problemlə əlaqədar istər Bakıda, istərsə də hansısa xarici ölkədə dəyirmi masa, tədbir təşkil edibmi? Hesab edirəm ki, yox. Hətta deyərdim ki, əksər siyasi partiyaların heç birinin beynəlxalq səviyyədə əməkdaşlığı yoxdur. O cümlədən hər hansı partiya rəhbərinin, funksionerinin indiyə qədər xarici mediada Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasəti barədə yazısının dərc edilməsi barədə məlumatsızam. Məgər bu da çətin işdirmi?
Eyni problemi QHT-lər barədə də söyləmək mümkündür. Bir neçə QHT-ni çıxmaq şərtilə yerdə qalan bütün vətəndaş cəmiyyəti nümayəndələri QHT Şurasından aldıqları maliyyə dəstəyini paytaxt və respublikanın digər rayonlarında ənənəvi tədbirlər keçirməyə, Qarabağ problemini özümüzə anlatmağa üstünlük veriblər. Təəssüflər olsun ki, Biləcəridən kənara çıxmağa lüzum görməyiblər. Ən yaxşı halda xaricdəki tərəfdaşları ilə ümumilli hüzn günlərində ortaq tədbir təşkil ediblər.
Elə KİV-lərdə də vəziyyət ürəkaçan deyil. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biri də mediadır. Ötən illərdə dövlət qayğısı nəticəsində KİV-lərimiz kifayət qədər inkişaf edib. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu inkişaf yalnız daxillə kifayətlənib və xaricə çıxış elementləri özünü büruzə verməyib. Bəlkə də yazdıqlarım bir çox həmkarlarımın xətrinə dəyər, ancaq mövcud reallıq bundan ibarətdir. Mən də daxil olmaqıla KİV-lərdə çalışan media təmsilçilərimizin mütləq əksəriyyyəti ölkəmizin üzləşdiyi erməni təcavüzü barədə xarici KİV-lərə çıxmağa, yazılar, məqalələr dərc etdirməyə maraqlı olmayıblar. Siyasi partiya və QHT-ləri bəlkə başa düşmək olar. Ancaq jurnalistlər üçün bu daha asandır və əgər istəsək əksər ölkələrin KİV-lərində bu tipli yazıların dərcinə nail ola bilərik. Düzdür, məhdud sayda həmkarlarımız var ki, bunu edir. Ancaq həmin say mənsub olduğumuz çoxluğun içərisində itib-batir. Beləliklə, beynəlxalq media şəbəkəsində Azərbaycan əleyhinə münasibət formalaşır və biz də ancaq həmin şəbəkəni qınamaqla məşğul oluruq. Real bir iş görmək əvəzinə.
Bunların nəticəsidir ki, Azərbaycan Prezidenti bütün cəbhələrdə təkbaşına döyüşür, ölkəmizə qarşı yönəlik təzyiq və təsirləri yalnız özü zərərsizləşdirir. Düşünürəm ki, ötən bir ay ərzində yaşadıqlarımız, üzləşdiyimiz qərəzli münasibət, beynəlxalq təzyiq və təsirlər hər birimiz üçün dərs olmalıdır.
Süleyman İSMAYILBƏYLİ
Milli Vəhdət Partiyasının sədr müavini
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:51
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
Bu gün, 19:50
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
Bu gün, 17:55
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
Bu gün, 16:46
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
Bu gün, 16:20
Departament rəisi vəzifədən azad edilib
Bu gün, 15:30
Ramiz Mehdiyev 7 saat dindirilib?
Bu gün, 13:49
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
Bu gün, 13:01
Qurban Qurbanov yeni biznesə başlayıb
Bu gün, 11:57
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
Bu gün, 10:57
Üç tanınmış hakim təqaüdə göndərilir
Bu gün, 10:47
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
Bu gün, 10:12
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
Bu gün, 10:10
Bakıda iki nəfər bıçaqlanıb
Bu gün, 10:01
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
Bu gün, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
Bu gün, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
Dünən, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
Dünən, 22:06
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
Dünən, 21:46
Trampla Putin Budapeştdə görüşəcəklər
Dünən, 20:20
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
Dünən, 19:43
Döyüş robotu müharibəyə hazırdır
Dünən, 16:56
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
Dünən, 15:43
Keçmiş diplomata hökm oxunub
Dünən, 15:02
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
Dünən, 14:56
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
Dünən, 13:05
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
Dünən, 11:48
Xocavəndə növbəti köç olacaq
Dünən, 10:43
Konvertoplan digər dronları üstələyir - Foto
Dünən, 08:56
Avropanın “Dron divarı” planı baş tutmayıb
15-10-2025, 17:44
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
15-10-2025, 17:28
Bakıda Zəfər Günü parad olacaq
15-10-2025, 16:17
Deputatın mandatına xitam verilib
15-10-2025, 15:39
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15-10-2025, 14:38
Rusiya dəmir yollarına hücumları artırıb
15-10-2025, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
15-10-2025, 13:25
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
15-10-2025, 12:54
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
15-10-2025, 12:46
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
15-10-2025, 11:57
Xırdalanda 20 yaşlı gənc öldürülüb
15-10-2025, 10:37
"Azneft”in direktoru vəzifədən azad olunub
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:21
Suriyanın yeni lideri Moskvaya gəlir
14-10-2025, 21:22
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
14-10-2025, 19:04
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
14-10-2025, 17:53
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
14-10-2025, 16:51
Akademiyaya rektor təyin edilib
14-10-2025, 15:38
Azərbaycan əhalisi artıb
14-10-2025, 14:17
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14-10-2025, 13:07
Agentliyin işçiləri "Sədərək"də döyülüb