16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Zakir Həsənov pakistanlı həmkarına başsağlığı verib
Tarix: 06-12-2021 20:20 | Bölmə: Xəbərlər
Zakir Həsənov pakistanlı həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın federal müdafiə naziri Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}