12:10 / 25-06-2022
Sabah yağışlı hava olacaq
Narkotik tərkibli bitki becərən şəxs tutulub
Tarix: 21-05-2022 10:46 | Bölmə: Xəbər lenti
Narkotik tərkibli bitki becərən şəxs tutulub

Şabran rayon Sincanboyad kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Elvin Nurullayev saxlanılıb.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Nurullayevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi, marixuana və külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}