Xarkova hücum: onlarla insan yaralanıb, şəhər viran qalıb
Tarix: 19-11-2025 09:50 | Bölmə: Dünya
Xarkova hücum: onlarla insan yaralanıb, şəhər viran qalıb

Noyabrın 19-da gecə yarısı Rusiya ordusu Xarkovun Slobidski və Osnovyanski rayonlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Ukrayna Milli Polisinin məlumatına görə, hücum nəticəsində uşaqlar da daxil olmaqla 36 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, kütləvi hücum zamanı 10-dan çox yaşayış binası, qaraj, mülki iş yeri, təcili yardım stansiyası, supermarket, idman zalı, mağaza, məktəb, onlarla avtomobil, trolleybus və digər mülki əmlak zədələnib.

9 və 13 yaşlı iki uşaq da daxil olmaqla 36 Xarkov sakini tibbi yardıma müraciət edib. Həkimlər uşaqlara “kəskin stress reaksiyası” diaqnozu qoyublar.

“Polis, xilasedicilər və tibb işçiləri zərərçəkənlərə kömək göstərmək üçün hadisə yerlərində çalışırlar. Xarkov Regional Polisinin İstintaq İdarəsi işçi qrup yaradıb və vətəndaşlar əmlakın zədələnməsi və ya məhv edilməsi barədə məlumat verə bilərlər”, - deyə Milli Polis əlavə edib.

Bu arada Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, düşmən zərbəsi nəticəsində çoxmərtəbəli binanın tüstü ilə dolmuş girişindən üçü uşaq olmaqla 48 nəfər təxliyə edilib.

“Ən azı 10 mülki nəqliyyat vasitəsi, həmçinin yaxınlıqdakı yaşayış binası zədələnib. Qarajlar və ofis binasının damı yanıb. Supermarketə də ciddi ziyan dəyib”, - deyə rəsmi vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər