Xalq artisti Türkiyədə əməliyyat olunub
Tarix: 19-07-2019 13:14 | Bölmə: Mədəniyyət
Xalq artisti Türkiyədə əməliyyat olunub

Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

Reyting.az
-ın məlumatına görə, Xalq artistinin oğlu Orxan Rzazadə APA-ya deyib ki, atası dünən axşam saatlarında əməliyyat olunub: “Əməliyyat yaxşı keçib, səhhəti stabildir, lakin kritikliyini qoruyur”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər