Mehriban Əliyeva aktrisaya mənzil bağışlayıb - Foto
Tarix: 24-09-2019 19:47 | Bölmə: Mədəniyyət
Mehriban Əliyeva aktrisaya mənzil bağışlayıb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına mənzil hədiyyə edib.

Reyting.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb:

“Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemimi – evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz mənzili var”.

Mehriban Əliyeva aktrisaya mənzil bağışlayıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}