“Rokun atası” öldü
Tarix: 09-05-2020 22:32 | Bölmə: Mədəniyyət
“Rokun atası” öldü

Rok-n-rollun yaradıcılarından biri, Litl Riçard kimi tanınan Riçard Penniman vəfat edib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “rokun atası”nın 87 yaşı vardı.

Musiqiçinin oğlu Denni Penniman atasının ölüm səbəbinin məlum olmadığını deyib.

Son illər onun vəziyyətinin pis olduğu bildirilirdi. O, tez-tez ağır ağrılar keçirir, keçmişdəki zədələri səbəbindən sərbəst gəzə bilmirdi və bir neçə əməliyyat keçirmişdi.

Lill Riçard özünü rok-n-rollun memarı, əsl kralı adlandırırdı.

Onun ilk hiti 1955-ci ildə çıxan “Tutti Frutti” mahnısı olub. Sonrakı Long Tall Sally, Rip It Up / Ready Teddy, She’s Got It, The Girl Can’t Help It, Lucille, Jenny, Jenny, Keep A-Knockin də hitə çevriliblər.

Sənətkarın ilk albomu - Here’s Little Richard 1957-ci ildə buraxılıb və kommersiya baxımından onun üçün ən uğurlu olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər