16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ötən il Azərbaycanda 11 şəxsin müəlliflik hüququ pozulub
Tarix: 06-02-2021 15:43 | Bölmə: Mədəniyyət
Ötən il Azərbaycanda 11 şəxsin müəlliflik hüququ pozulub

Ötən il Azərbaycanda dövlət qeydiyyatından keçirilən müəlliflik hüququ obyektlərinin sayı məlum olub.

Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib.

Qeyd olunub ki, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyata alınıb.

Bundan əlavə, ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 11 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}