Mədəniyyət Nazirliyi əsas hədəflərini açıqlayıb
Tarix: 10-02-2021 16:01 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi əsas hədəflərini açıqlayıb

Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.

Nazirlikdən Reyting.az-a bildirilib ki, həmin hədəflər aşağıdakılardır:

- Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması

- Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi

- Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı

- Mədəni irsin qorunması, bərpası və inkişafı

- Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası

- “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi

- Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi

- Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi

- COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}