Şəhid haqqında sənədli film təqdim olunub - Video
Tarix: 10-02-2021 20:06 | Bölmə: Mədəniyyət
Şəhid haqqında sənədli film təqdim olunub

Şəhid Vüqar Sadıqov haqqında sənədli film təqdim olunub.

Reyting.az
xəbər verir ki, bu barədə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Fərəcov məlumat verib.

Onun sözlərinə görə, “3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib: “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin əksəriyyəti Qarabağa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlunun Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. O, xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib.”

Filmin tamamilə başa çatdığını deyən Aqil Fərəcov Gənclər Fonduna təşəkkür edib:

“Layihə üzrə bütün prosedurları vaxtında və yüksək keyfiyyətlə həyata keçirdik. Ümid edirəm ki, şəhidimizin həyat yolu barədə gənclərimizə dolğun və ətraflı məlumat verməyi bacarmışıq. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.

Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu Sadıqov Vüqar Lətif oğlu şəhid olub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}