Qazimiz Mədəniyyət Nazirliyi sistemində işlə təmin olunub - Foto
Tarix: 28-09-2021 18:03 | Bölmə: Mədəniyyət
Qazimiz Mədəniyyət Nazirliyi sistemində işlə təmin olunub
Vətən müharibəsinin fəal iştirakçısı Salayev Rauf Yasər oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Lənkəran rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Rauf Salayev İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}