16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Tarix: 29-09-2021 22:38 | Bölmə: Mədəniyyət
Kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
1 oktyabr 2021-ci il tarixdən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fəaliyyətini bərpa edəcək kino nümayişi müəssisələrinin rəhbərləri ilə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin görüşü keçirilib.

Görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak edib.

Görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda Elnur Əliyev nazirliyin kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}