Ermənilərin Qarabağdakı vandalizmi BMT-yə məruzə olunub
Tarix: 04-10-2021 11:42 | Bölmə: Mədəniyyət
Ermənilərin Qarabağdakı vandalizmi BMT-yə məruzə olunub

BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı dördüncü dövrü məruzəsinin təqdimatı (onlayn formatda) təşkil olunub. Reyting.az xəbər verir ki, sözügedən iclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində ölkəmizin humanitar, iqtisadi və mədəni irsin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, işğal nəticəsində tarixi abidələrin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}