16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir: "Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər"
Tarix: 14-10-2021 16:01 | Bölmə: Mədəniyyət
Nazir: "Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər"

"Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir".

Bunu mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, işğal zamanı Ermənistanın bölgədəki infrastruktura, tarixi və mədəni abidələrə, hətta qəbiristanlıqlara böyük ziyan vurub: "Bu həm müharibə cinayəti, həm də insanlığa qarşı cinayətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanlarını saxlayıblar. İşğalı nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}