Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi yekunlaşıb
Tarix: 05-11-2021 17:30 | Bölmə: Mədəniyyət
Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi yekunlaşıb

Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı (ABİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi” yekunlaşıb.

Reyting.az
xəbər verir ki, 2021-ci ilin may-oktyabr aylarında keçirilən müsabiqəyə ümumilikdə 15 simfonik əsər təqdim olunub. Münsiflər heyətində Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Xalq artisti, profesor Firəngiz Əlizadənin sədrliyi ilə Xalq artisti, dirijor Fəxrəddin Kərimov, Xalq artisti, ABİ-nin İdarə heyətinin üzvü Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, ABİ-nin İdarə heyətinin üzvü, BMA-nın professoru, musiqişünas Həcər Babayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, ABİ-nin üzvü Ayaz Qəmbərli təmsil olunublar.

Münsiflərin seçimindən sonra I yerə “Şuşa fəthi” əsəri ilə Tural Məmmədli, II yerə “İnsan” əsəri ilə Vüqar Məmmədzadə, III yerə “Qayıdış” əsəri ilə Elvin Quliyev layiq görülüblər.

Bundan əlavə, üç həvəsləndirici diplom namizədləri də münsiflər tərəfindən açıqlanıb: İlahə İsrafilova, Aysel Əzizova və Üzeyir Məmmədov.

Müsabiqə qaliblərinə nazirlik tərəfindən müvafiq diplom və pul mükafatları təqdim olunacaqdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}