22:31 / 05-09-2025
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
22:21 / 05-09-2025
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
15:46 / 05-09-2025
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
15:19 / 05-09-2025
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
15:13 / 05-09-2025
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
14:52 / 05-09-2025
Təqsirləndirilən şəxs: "Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam"
14:40 / 05-09-2025
Azərbaycanın üzvlüyünün bloklanması... - Rusiya da yaxından iştirak edib
13:41 / 05-09-2025
"Teleqram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
13:36 / 05-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
13:17 / 05-09-2025
Mask Trampın dəvətini qəbul etməyib
13:05 / 05-09-2025
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
13:01 / 05-09-2025
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
12:56 / 05-09-2025
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
12:51 / 05-09-2025
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
12:46 / 05-09-2025
ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır
12:37 / 05-09-2025
Füzulidə yanğın törədən şəxs tutulub
12:34 / 05-09-2025
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
12:33 / 05-09-2025
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
12:28 / 05-09-2025
Adəm Məmmədov azadlığa buraxılıb - Fotolar
08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

13:53 / 01-09-2025

15:59 / 01-09-2025

15:28 / 02-09-2025

“Şuşa, sən azadsan!” filmi təqdim olunub - Fotolar
Tarix: 05-11-2021 20:32 | Bölmə: Mədəniyyət

Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunub.
Təqdimatda çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Zəfər Günü ərəfəsində bir çox tədbirlər həyata keçirilir: "Bugünkü tədbirin özəlliyi isə odur ki, əsgər və zabitlərimizin mövqeyini sənədli filmlə tarixi yaddaşa həkk etmək istədik. İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var, belə güclü Ali Baş Komandanı var.
Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi.
Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir".
“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov deyib ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən bir qrup yaradılıb: "Biz ön cəbhəyə ezam olunduq və maksimum dərəcədə döyüş zonasına yaxın olmağa, əsgər və zabitlərin igidliyi, mərdliyi ilə bağlı arxiv kadrlar çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu, ilk gördüyümüz XTQ qüvvələri idi, bu böyük qürur, şərəf hissi idi. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Orman Əliyev çəkdiyimiz kadrlara baxıb dedilər ki, mütləq bir film hazırlamaq lazımdır".
Filmin prodüseri Orman Əliyev isə deyib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var.
Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkici məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Vətən müharibəsinə həsr olunmuş digər film olan “Biz” sənədli filmi də müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycamfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.(APA)

Bölməyə aid digər xəbərlər

Bu gün, 10:28
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
Bu gün, 08:57
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
Dünən, 17:18
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
Dünən, 16:38
Əməkdar artist aparıcılıq edəcək
Dünən, 13:32
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
Dünən, 12:22
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
3-09-2025, 17:30
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
3-09-2025, 11:58
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
2-09-2025, 19:51
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
2-09-2025, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
2-09-2025, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
2-09-2025, 12:11
Emin Rusiyada konsert verəcək
2-09-2025, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb
26-08-2025, 11:30
Nəsiminin məzarı Azərbaycana gətirilə bilər - Fotolar
25-08-2025, 18:03
IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib
25-08-2025, 14:37
2025-ci ilin ən gözəl aktrisalarını seçiblər - Siyahı
22-08-2025, 08:10
Amerikalı kinorejissor Vudi Allen Moskva Film Həftəsinə gələcək
21-08-2025, 11:44
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
21-08-2025, 08:27
Deyv Bautista ən yaxşı aktyor-güləşçidir
20-08-2025, 15:09
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
20-08-2025, 14:02
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
19-08-2025, 18:40
"YouTube" "Oskar" təqdimat mərasiminin yayım hüququnu alır
19-08-2025, 16:10
Şair Məmməd İsmayıl vəfat edib
19-08-2025, 15:11
Rasim Balayev: “Məndən olsa, onları güllələyərdim"
19-08-2025, 10:09
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
15-08-2025, 16:03
Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”
15-08-2025, 14:42
Kinostudiya filmin hüquqlarını özünə qaytarıb - Foto
14-08-2025, 18:00
Fərqanə Qasımova: "Səsinlə böyüdüm, nəfəsinlə gücləndim"
14-08-2025, 15:34
İki məşhur yeni filmin çəkilişinə hazırlaşır
14-08-2025, 14:05
Afaq Bəşirqızı: "Vallah, vaxtım yoxdur"
14-08-2025, 13:24
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
14-08-2025, 09:41
Hollivud ulduzu daha dürüst olmaq istəyir
12-08-2025, 07:43
Yeni filmi rəqəmsal platformalara çıxaracaqlar
11-08-2025, 10:51
Xankəndidə VII Türkoloji Yay Məktəbi keçiriləcək
8-08-2025, 12:22
Bu gün Rasim Balayevin doğum günüdür
7-08-2025, 19:43
"Terminator"-un rejissoru süni intellektdən qorxur
5-08-2025, 13:54
Türkmənistanda Azərbaycan Günləri keçirilir - Fotolar