20:13 / 20-01-2026
"Xəzər"in təsisçisi qızını prorektor təyin edib
19:45 / 20-01-2026
Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib - Fotolar
18:23 / 20-01-2026
Qurban Qurbanov: "Elə sistem qurublar ki..."
16:59 / 20-01-2026
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
16:26 / 20-01-2026
20 Yanvar hadisələrinə özəl baxış - Akif Əli yazır
16:16 / 20-01-2026
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - (Yenilənib) - Fotolar
16:08 / 20-01-2026
İlham Əliyev Davosda görüşlərini davam etdirir - Fotolar
15:12 / 20-01-2026
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
13:10 / 20-01-2026
Bakıda və bölgələrdə qar yağacaq, şaxta olacaq - Proqnoz
12:15 / 20-01-2026
Məzahir Pənahov MSK-dan gedəcək? - Açıqlama
12:10 / 20-01-2026
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
11:29 / 20-01-2026
Bölgələrə güclü qar yağıb
11:12 / 20-01-2026
Şəhidlər xiyabanına ziyarətlər davam edir - Fotolar
09:54 / 20-01-2026
ABŞ kreditorlarla münaqişəyə başlayır
09:27 / 20-01-2026
Danimarka Qərbi Qrenlandiyada hərbçilərinin sayını artırır
09:18 / 20-01-2026
Prezident istefa ərizəsi yazıb
09:03 / 20-01-2026
Makron Trampın təşəbbüsünü dəstəkləmir
08:46 / 20-01-2026
Moldova MDB-dən çıxmağa hazırlaşır
00:20 / 20-01-2026
İlham Əliyev faciə ilə bağlı paylaşım edib - Foto
00:03 / 20-01-2026
Azərbaycanda Ümumxalq Hüzn Günüdür
23:50 / 19-01-2026
Astarada zəlzələ olub
23:24 / 19-01-2026
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20:44 / 19-01-2026
Ceyhun Bayramovla ABŞ dövlət katibi telefonda danışıb
20:41 / 19-01-2026
İlham Əliyev ÜST rəhbəri ilə görüşüb
20:18 / 19-01-2026
İlham Əliyev İsveçrədə səfərdədir - (Yenilənib-2) - Fotolar
20:06 / 19-01-2026
Ən etibarlı əskinasları olan ölkələr müəyyənləşib - Siyahı
19:51 / 19-01-2026
Prokurorluq həkim cərrahla bağlı nazirliyə təqdimat göndərib
18:12 / 19-01-2026
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - Fotolar
18:01 / 19-01-2026
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib - Video
11:04 / 16-01-2026
SOCAR-a yeni müşavir təyin edilib
19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
14:52 / 16-01-2026
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
10:50 / 16-01-2026
ABŞ Mars yarışında Çinə uduza bilər
10:17 / 19-01-2026
Mask şirkətlərdən milyardlarla dollar kompensasiya tələb edir - Məhkəmə
14:23 / 16-01-2026
“Havana sindromu”: məxfi silahdan Venesula əməliyyatında da istifadə ediblər
11:27 / 16-01-2026
Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib - (Yenilənib) - Foto
16:26 / 20-01-2026
20 Yanvar hadisələrinə özəl baxış - Akif Əli yazır
13:41 / 18-01-2026
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - Fotolar
20:18 / 19-01-2026
İlham Əliyev İsveçrədə səfərdədir - (Yenilənib-2) - Fotolar
10:07 / 16-01-2026
Nəhəng aviadaşıyıcının inşası planlaşdırılır
Kinoteatrların qalmaqalı Azərbaycanın kino sənayesinə ağır zərbə vurur – Rejissorlar etiraza başlayıb
Tarix: 04-02-2018 13:00 | Bölmə: Mədəniyyət

Yerli filmlərin inkişafı təkcə rejissorlar, prodüserlər arasında yox, kinoteatrlar arasında da ciddi rəqabət yaradıb. Ancaq məsələ rəqabətlə bitmir, bəzi kinoteatrların rəqabəti elə bir həddə çatıb ki, biri o birində nümayiş olunan filmlərə qadağa qoyur.
Tanınmış rejissor Kənan MM-in sözlərinə görə, biletdən əldə olunan gəlirin 60 faizinə yiyələn kinoteatrlar inkişafda olan Azərbaycan kinosuna mane olurlar.
Reyting.az-ın xəbərinə görə, teleqraf.com-un suallarını cavablandıran Kənan MM deyib ki, bu rəqabət əsasən, Azərbaycan filmlərinə aiddir:
"Lori dildə desək, 100 manat puldan 36 manatı bizə qalır. Bu da o deməkdir ki, film çəkməyin, vəssalam. Sözün əsl mənasında monopoliya var.
Bir yandan da iki kinoteatrın arasında qalmaqalın olması vəziyyəti daha da qəlizləşdirir. Belə olan halda yerli filmlər necə inkişaf edə bilər? Özü də bu rəqabət sırf Azərbaycan filmlərinə aiddir. Xarici filmləri hər iki kinoteatr da normal şəkildə yayımlayır. Nəticə etibarilə "Allah Azərbaycan kinosuna rəhmət etsin!",- deyə bilərik”.

"Oğlan evi” filminin rejissoru İlham Qasımov da kinotetarların bu addımını haqsızlıq sayır:
"Təbii ki, hamı kimi mən də bu vəziyyətdən narahatam. Müasir kommersiya filmləri təzə-təzə inkişaf etməyə başlayır, onun da qarşısını kəsirlər. Bizim filmlərimiz hələ o səviyyəyə çatmayıb ki, tamaşaçılar hansısa filmdən ötəri durub kinoteatra gəlsinlər. Əyləncə mərkəzlərində hansı filmlə qarşılaşırlarsa, ona da baxırlar. Əgər bir kinoteatrda film nümayiş olunmursa, heç kəs özünə əziyyət verib, o biri kinoteatra getmək istəməz. İki kinoteatr arasındakı soyuq münasibət 60% tamaşaçı itkisi deməkdir. Bunun maddi tərəfi bir yana qalsın, mənəvi tərəflərini düşünmək lazımdır.
Dünya təcrübəsini hələ ki, bizdə tətbiq etmək olmaz. Şərti olaraq filmin reklam işlərini də öz üzərinə götürürlər, ancaq 2 reklam afişasından başqa heç nə etmirlər. Bu, haqsızlıqdan başqa bir şey deyil”.
Tanınmış kinoprodüser Orxan Mərdan da məsələnin kifayət qədər ciddi olduğunu və bu qalmaqalın davam edəcəyi halda Azərbaycan filminin məhvinə səbəb olacağını deyir:
"Maddi tamah iki kinoteatr arasında gərgin vəziyyət yaradıb. Artıq özləri də film istehsalına başlayıblar. Şəxsən mən bu mövzuyla bağlı bir neçə dəfə etiraz etmişəm, nazirliyə şikayət də etmişik. Nazirlik bu məsələyə uzun müddət sərt mövqedən çıxış etsə də, nazirliyin sifarişi ilə "Azərbaycanfilm”in istehsalı olan "Yoxdur belə söhbət” filmini "CinemaPlus”dan başqa heç bir yerdə nümayiş etdirə bilmədi. Hətta "CinemaPlus” filmin Nazirliyin öz balansında olan "Nizami Kinoteatrı”nda da nümayişinə icazə vermədi. Belə olan halda bizim Nazirlikdən də ümidimiz üzüldü.
Bu məsələ tezliklə çözülməlidir. Necə olur ki, hər iki tərəf xarici filmləri göstərir, ancaq yerli filmləri yox? Biz tamaşaçıları əziyyətlə kinoteatrlara çağıra bilmişik. Biz deyəndə İlkin Həsənini, Zaur Mirzəzadəni, Müşfiq Şahverdiyevi nəzərdə tuturam. İndi biz tamaşaçılara necə deyək ki, sən mənim kinomu izləmək istəyirsənsə "ParkCinema”ya getmə, "CinemaPlus”a get. Axı hələ o səviyyəyə çatmamışıq. Öz istehsalımız olan filmlərə qarşı bu cür mövqe düşmənçilikdən başqa bir şey deyil”.
Qeyd edək ki, son vaxtlar "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” şəbəkəsi arasında baş verən qalmaqal səngimək bilmir. İki şəbəkə arasındakı soyuq münasibət yenicə inkişaf etməyə başlayan kino bazarına və film istehsalına böyük zərbə vurur.
Bölməyə aid digər xəbərlər

17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
16-01-2026, 11:44
Zoi Saldana ən çox gəlir gətirən aktrisadır
16-01-2026, 09:58
Məşhur aktyor süni intellektdən qorunmağa çalışır
16-01-2026, 08:15
Qədim Quranın nüsxələri muzeyə verilib
14-01-2026, 17:09
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
14-01-2026, 15:37
Çingiz Abdullayev: “Üzvlük üçün pul yığılır deyə utanıram…”
14-01-2026, 12:23
Yazıçılar Birliyinə üzvlük dayandırılıb
14-01-2026, 00:08
Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb
10-01-2026, 09:46
Yeni çəkiləcək filmin aktyorları məlum olub
9-01-2026, 15:33
Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib
9-01-2026, 12:06
"Üzeyir Hacıbəyli Mükafatı"nın qalibləri seçilib
8-01-2026, 18:45
Puşkinin abidəsinin yerinə Trampın büstünün qoyulması təklif edilir
8-01-2026, 15:02
Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq
8-01-2026, 13:35
Üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric ediləcək
7-01-2026, 17:43
Xalq artisti Cahangir Novruzov təltif olunub
6-01-2026, 10:03
Cəlilabadda qədim saxsı qablar tapılıb
30-12-2025, 12:11
Məşhur aktyor Fransa vətəndaşlığı alıb
30-12-2025, 10:59
Sabah Bakıda atəşfəşanlıq olacaq
29-12-2025, 18:01
2026-cı ildə ən çox gözlənilən filmlərin adı açıqlanıb - Siyahı
29-12-2025, 17:47
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
28-12-2025, 22:01
Serial ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib
27-12-2025, 09:18
Məşhur aktrisa qısa fasilədən sonra yeni filmə çəkilib - Fotolar
26-12-2025, 18:01
Leyla Əliyeva "YAŞA" Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb
26-12-2025, 11:22
Oğuz türklərinə məxsus yazılı abidə tapılıb
26-12-2025, 10:34
Yeni filmin nümayişinə başlayıblar - Foto
26-12-2025, 08:41
“Hind Rəcəbin səsi” filmi 9 mükafat alıb
25-12-2025, 16:34
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
25-12-2025, 11:31
Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən nəşr olunub - Foto
24-12-2025, 13:13
Müğənni Samir Salam azadlığa buraxılıb
24-12-2025, 08:55
Üç məşhurun yeni filmi uğursuz alınıb - Fotolar
24-12-2025, 00:51
Çarli Çaplinin nəvəsi soyadını dəyişdirir
23-12-2025, 09:25
Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
22-12-2025, 18:00
Film şirkətə 6 milyard dollar qazandırıb
19-12-2025, 09:05
Heydər Əliyev Mərkəzində rəssamın sərgisi açılıb - Fotolar
18-12-2025, 16:46
Teatr direktoru: "Hazırda “bomj” kimi bir həyat yaşayıram"
18-12-2025, 14:49
Rəşid Behbudovun səsinin rəngini görmək - Fotolar
18-12-2025, 09:29
Çap olunmamış roman əsasında film çəkiləcək
17-12-2025, 16:10
Sabiq nazirin qızı üzr istəyib
17-12-2025, 13:45
Məşhur video oyun filmə çevriləcək
17-12-2025, 12:42
Əməkdar artist vəfat edib

ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır