Deputat: "Vardanyan nəinki Qarabağı, hətta Ermənistanı da tərk etməlidir"
Tarix: 19-09-2023 09:47 | Bölmə: Siyasət
Deputat: "Vardanyan nəinki Qarabağı, hətta Ermənistanı da tərk etməlidir"

"Nikol Paşinyanın komandası yalnız səslərin üçdə birinin nisbi əksəriyyətini toplayaraq Yerevan meri seçkilərində qalib gələ bilməyib. Lakin onun əsas müxalifəti olan Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarları yenə də ciddi uğursuzluğa düçar olublar".

Reyting.az
xəbər verir ki, bunu deputat Rasim Musabəyov İrəvanda keçirilən mer seçkilərinin nəticələrindən danışarkən bildirib.

Rasim Musabəyov xatırladıb ki, Ruben Vardanyanın “Ömürlük ölkə” partiyası cüzi - 3,64 faiz səs toplayıb: "Vardanyan siyasi layihələrini bağlamalı, xərcləri itki kimi silməli və nəinki Qarabağı, hətta Ermənistanı da təcili tərk etməlidir. Onun burada tutacağı heç nə qalmayıb".

Nikol Paşinyana gəlincə, Rasim Musabəyov deyib ki, o, “Respublika” bloku ilə asanlıqla koalisiya yarada bilər:

"Mümkündür ki, eks-mer Hayk Marutyanla da koalisiya qursun. Paşinyanın hələ də manevr imkanı var".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}