18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Baş nazir: “Atəşkəslə bağlı danışıqlara başlamaq lazımdır”
Tarix: 12-02-2024 09:49 | Bölmə: Siyasət
Baş nazir: “Atəşkəslə bağlı danışıqlara başlamaq lazımdır”

Ukraynanın NATO-ya daxil olması Avropanın müdafiəsini gücləndirmək baxımından heç nə etməyəcək, ona görə də Ukrayna Rusiya ilə Qərb ölkələri arasında bufer zona rolunu oynamalıdır.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bir sıra Avropa nəşrlərinə müsahibəsində deyib.

Orban qeyd edib ki, artıq NATO-ya ruslardan daha güclü olan Qərbi Avropa ölkələri daxildir. Ona görə də o, Kremlin alyansın mövcud üzvlərindən hər hansı birinə hücuma cəsarət edəcəyinə inanmır.

Bununla belə, Macarıstanın baş naziri əmindir ki, Kiyev bufer rolunu yerinə yetirə bilməsə, Rusiya daim Ukraynaya hücuma davam edəcək, onun yeni hissələrini qoparacaq. Onun sözlərinə görə, Moskva Avropa İttifaqı və NATO-nun üzvü olan dövlətə öz qapısında dözməyəcək.

Orban hesab edir ki, Avropa ukraynalıları kifayət qədər silahla təmin edə bilmir, ona görə də atəşkəslə bağlı danışıqlara başlamaq lazımdır. Eyni zamanda o, hesab edir ki, Ukraynanın bufer dövlət kimi müvafiq təhlükəsizliyi təmin edilməlidir.

Qeyd edək ki, Macarıstan Ukraynaya silah verməkdən qəti şəkildə imtina edib. Macarıstan hakimiyyətinin fikrincə, bu, yalnız müharibəni uzadır. Ötən gün Macarıstanın xarici işlər naziri bu mövqeyini bir daha təkrarlayıb. Macarıstan həm də Ukraynaya maliyyə yardımı göstərməkdən imtina edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}