18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Məhkəmə Trampı dələduzluqda təqsirli bilib
Tarix: 17-02-2024 00:59 | Bölmə: Siyasət
Məhkəmə Trampı dələduzluqda təqsirli bilib

Nyu-York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib və ABŞ-ın keçmiş prezidentini 355 milyon dollar cərimə ödəməyə məcbur edib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

D. Trampın Nyu-York ştatında üç il ərzində hər hansı şirkətdə rəhbər vəzifə tutması da qadağan edilib. Məhkəmə onu dövlət banklarından kredit tələb etmək hüququndan da məhrum edib.

Məhkəmə müəyyən edib ki, iş adamı daha sərfəli tariflərlə kredit və sığorta əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıb.

Trampın iki oğlu Donald və Erik də təqsirli bilinərək 4 milyon dollar ödəməyə məhkum ediliblər.

Trampın vəkillərinin apellyasiya şikayəti verəcəyi gözlənilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}