Ermənistan prokurorluğu: "Kamil Zeynallının saxlanılması barədə bizdə rəsmi məlumatı yoxdur”
Tarix: 21-02-2024 12:50 | Bölmə: Siyasət
Ermənistan prokurorluğu: "Kamil Zeynallının saxlanılması barədə bizdə rəsmi məlumatı yoxdur”

Ermənistan prokurorluğu azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanmasına münasibət bildirib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Prokurorluğun İrəvanın sorğusu əsasında azərbaycanlı Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı rəsmi məlumatı yoxdur”, - qeyd edilib.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, onun Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}