Tel-Əviv BMT-yə qarşı çıxır
Tarix: 12-06-2024 08:34 | Bölmə: Siyasət
Tel-Əviv BMT-yə qarşı çıxır

İsrail Beynəlxalq Millətlər Təşkilatına (BMT) qarşı məhdudiyyətlər tətbiq edə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti özəl mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri keçən həftə BMT-nin hesabatında münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına salındıqdan sonra İsrail hakimiyyət orqanları onun ərazisində və Fələstində fəaliyyət göstərən BMT nümayəndələrinə məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər