21:05 / 12-07-2024
AFFA yeni qərarlar verib
Yazıçı Anar: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm: seçkilərə qatılmayacam"
Tarix: 21-06-2024 16:45 | Bölmə: Siyasət
Yazıçı Anar: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm: seçkilərə qatılmayacam"

Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.

Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir. Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

O bildirib ki, seçkilərə qatılmayacaq: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”.

Qeyd edək ki, Anar Rzayev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı kimi fəaliyyət göstərib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}