Etibar Məmmədov: "Özüm seçkilərə qatılmayacam"
Tarix: 12-07-2024 15:19 | Bölmə: Siyasət
Etibar Məmmədov: "Özüm seçkilərə qatılmayacam"

Partiyaların namizədlər siyahısının açıqlanması prosesinə başlanılıb. Artıq bir neçə partiya seçkilərə hansı namizədlərlə gedəcəyini müəyyənləşdirib.

Azərbaycan Milli İstiqlal və Vətəndaş Həmrəyliyi partiyalarının namizədlər siyahısında diqqətçəkən əsas məqam isə sədrlərin prosesdən kənarda qalmaqlarıdır.

Maraqlıdır, adıçəkilən siyasətçilər hansı səbəbdən seçkilərə qatılmamaq qərarı veriblər?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı KONKRET.az-a açıqlamasında hələ son qərarın verilmədiyini deyib:

“Düzdür, partiyanın növbədənkənar seçkilərə qatılacaq namizədlərinin siyahısını elan olunub. Özümün isə namizəd olmağım barədə qəti qərar verməmişəm. Yaxın günlərdə həm özümün, həm də partiyanın yekun qərarı ictimaiyyətə açıqlanacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcısı Etibar Məmmədov isə suala qısa cavab verib:

“Özüm seçkilərə qatılmayacam. Amma partiyanın namizədləri artıq müəyyən edilib”




Bölməyə aid digər xəbərlər