Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib
Tarix: 03-03-2025 00:11 | Bölmə: Siyasət
Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

“Biz Ukraynada atəşkəsin elan olunacağı məqama hazırlaşmalı və sülhü qorumalıyıq”.

Reyting.az
xəbər verir ki, belə bir çağırışı NATO-nun baş katibi Mark Rutte Londonda keçirilən sammitin yekununda edib.

M. Rutte həmçinin vurğulayıb ki, Avropa ölkələrinin liderləri müdafiə xərclərini artırmağa hazır olduqlarını bəyan ediblər.

Öz növbəsində Böyük Britaniyanın baş naziri K. Starmer Londonda keçirilən sammitin iştirakçılarının Ukraynaya hərbi yardımı davam etdirmək və Rusiyaya iqtisadi təzyiqi saxlamaq niyyətində olduqlarını bildirib.

Xatırladaq ki, martın 2-də Böyük Britaniya paytaxtında Ukrayna üzrə Avropa sammiti baş tutub. Tədbirdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya və İsveç liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte, Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər