Tramp Rusiyanın qaçırdığı ukraynalı uşaqları izləyən proqramı bağlayıb
Tarix: 19-03-2025 11:50 | Bölmə: Siyasət
Tramp Rusiyanın qaçırdığı ukraynalı uşaqları izləyən proqramı bağlayıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya tərəfindən qaçırılan minlərlə ukraynalı uşağın izlənməsinə kömək edən proqramı dayandırıb.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, demokratlar Tramp administrasiyasından proqramı bərpa etməyi və təqsirkarları cəzalandırmaq üçün sanksiyalar tətbiqini xahiş etmək niyyətindədirlər.

Qanunvericilər bildiriblər ki, Tramp administrasiyası hökumət tərəfindən maliyyələşdirilən Yale Humanitar Tədqiqatlar Laboratoriyasının (Yale HRL) rəhbərlik etdiyi, uşaqların Ukraynadan kütləvi deportasiyasını izləyən təşəbbüsü dayandırıb.

Nəticədə müstəntiqlər Ukraynadan oğurlanmış təxminən 30 000 uşaq haqqında peyk şəkilləri və digər məlumatlar da daxil olmaqla, böyük həcmdə məlumatlara çıxışı itiriblər.

“Anbardakı məlumatların həmişəlik silindiyinə inanmaq üçün əsasımız var. Əgər doğrudursa, bunun dağıdıcı nəticələri olacaq”, - demokrat qanunvericilər deyiblər.

İzləmə proqramı ilə tanış olan mənbə nəşrə bildirib ki, Dövlət Departamentinin Yale HRL ilə müqaviləsinin ləğvi 26 milyon dollar dəyərində hərbi cinayətlərə dair sübutların yığışdırılması ilə nəticələnib və bu, Rusiya lideri Putini qoruya bilər.

Nümayəndələr Palatası üzvlərinin məktubunda həmçinin Tramp administrasiyası Rusiya və Belarusda uşaqların hərəkətində iştirak edən məmurları cəzalandırmaq üçün sanksiyalar tətbiq etməyə çağırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər