Trampın elçisi Putinlə görüşmək üçün Rusiyaya gəlib
Tarix: 11-04-2025 12:07 | Bölmə: Siyasət
Trampın elçisi Putinlə görüşmək üçün Rusiyaya gəlib

ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff Rusiyaya səfər edib. Onun cümə günü prezident Vladimir Putinlə görüşü gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə və FlightRadar məlumatlarına istinadla yazıb.

Qeyd olunur ki, bu, Vtkoff və Putin arasında üçüncü görüş olacaq.

Xatırladaq ki, Vitkoff ötən həftə Vaşinqtonda Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevi qəbul edib.

Nəşr yazır ki, Tramp Rusiya ilə Ukrayna arasındakı müharibədə atəşkəsdə israrlıdır və son həftələrdə danışıqlarda böyük irəliləyiş əldə olunmamasından məyusdur.

Eyni zamanda, “Axios”un yazdığına görə, ayın sonuna qədər atəşkəs əldə olunmasa, Tramp ya icra hakimiyyəti vasitəsilə, ya da Konqresdən yeni sanksiya qanunvericiliyinin qəbulunu tələb etməklə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər