Ukrayna rusların “İsgəndər” raket sistemlərini vurub - Video
Tarix: 05-06-2025 12:34 | Bölmə: Siyasət
Ukrayna rusların “İsgəndər” raket sistemlərini vurub

Rusiya ordusu “İsgəndər” operativ-taktiki raket kompleksləri ilə Kiyevi vurmağa çalışsalar da, Ukraynanın Müdafiə Qüvvələri buna mane olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat yayıblar.

Xüsusilə, bu gün Ukrayna Silahlı Qüvvələrinin bölmələri, Təhlükəsizlik Xidməti və Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək, Rusiya raket qoşunları bölməsinin cəmləşdiyi əraziyə raket zərbəsi endirib.

“Rusiya Federasiyasının Bryansk vilayətinin Klintsı şəhəri ərazisindən Rusiya qoşunlarının 26-cı raket briqadasının bölməsi Ukrayna yaşayış məntəqələrindən birinə zərbə endirməyə cəhd edib. Yəqin ki, Kiyevdir”, - məlumatda deyilir.

Eyni zamanda, səmərəli əlavə kəşfiyyat işləri sayəsində və Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Təhlükəsizlik Xidmətinin əlaqələndirilmiş işi nəticəsində hədəflər uğurla məhv edilib.

Qeyd olunur ki, Rusiyaya məxsus bir raket buraxılış qurğusu partlayıb, daha ikisi isə böyük ehtimalla zədələnib.

Baş Qərargahı əlavə edib ki, ukraynalı müdafiəçilərin səmərəli və vaxtında döyüş işi mülki əhali arasında itkilərin qarşısını almağa imkan verib.

Video:My Webpage

ELÇİN




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır