18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Almaniya Türkiyəyə 40 ədəd qırıcı satılacağını təsdiqləyib - Foto
Tarix: 23-07-2025 11:02 | Bölmə: Siyasət
Almaniya Türkiyəyə 40 ədəd qırıcı satılacağını təsdiqləyib

Almaniya Federal Təhlükəsizlik Şurasının qərarı ilə Türkiyəyə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışı təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan populyar “Der Spiegel” qəzeti məlumat yayıb.

“Eurofighter Typhoon” döyüş təyyarələri Avropanın ən böyük müdafiə sənayesi istehsalçıları - “BAE Systems” (Böyük Britaniya), “Airbus” (Almaniya-İspaniya-Fransa) və “Leonardo” (İtaliya) tərəfindən istehsal olunur.

Qeyd edək ki, indiyə qədər hər dörd ölkənin kollektiv təsdiqi tələb olunan satış prosesinə Almaniya mane olsa da, artıq ümumi razılıq var.



Avropa İttifaqı tərəfindən istehsal edilən “Eurofighter Typhoon” çoxfunksiyalı döyüş təyyarəsi kimi bütün dünyada diqqəti cəlb edir. Onun iki mühərrikli strukturu və qanad delta dizaynı təyyarənin çevikliyini və yüksək sürətdə üstün performansını təmin edir, təkmil elektron sistemləri isə onu müasir hava müharibəsi üçün əvəzolunmaz edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər